07.06.2021 22:41
470

İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Markus Reşford əməliyyat olunmaq niyyətindədir.
"CEMPİON.AZ" xəbər verir ki, hücumçu AVRO-2020-dən sonra cərrah masasına uzana bilər.
Ötən mövsümün gedişində çiynində və ayağındakı ağrılardan əziyyət çəkən ingiltərəli problemi həll olunmasını istəyir. 23 yaşlı forvard əməliyyat üzündən 2021/22 mövsümünün startını buraxa da bilər.
Qeyd edək ki, İngiltərə millisi AVRO-2020-nin D qrupunda Xorvatiya, Şotlandiya və Çexiya ilə mübarizə aparacaq.