cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

"Neftçi" Mamadu Mbodjla yeni müqavilə imzaldı

07.06.2021 23:16 Oxundu 491

“Neftçi” müdafiəçisi Mamadu Mbodjla müqavilənin müddətini artırıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə məlumatı Bakı təmsilçisi rəsmi saytı vasitəsilə açıqlayıb.
Anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək "ağ-qara" formanı geyinəcək.
Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlayıb.