cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Fənərbaxça"  Rafael Beniteslə anlaşdı

08.06.2021 16:45 Oxundu 528


“Fənərbaxça”nın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, Türkiyə klubu Rafael Beniteslə anlaşıb.
İspaniyalı mütəxəssislə “sarı-lacivərdlilər”in prezidenti Ali Koç danışıq aparıb və onun razılığını alıb. Tərəflər 2+1 illik müqavilənin imzalanmasında ortaq məxrəcə gəlib. Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, “Fənərbaxça”ya ötən mövsümün sonlarında Əmrə Belözoğlu rəhbərlik edib. Rafael Benitesin son klubu ilə Çin təmsilçisi “Dalian” olub.