cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Luis Enrike milliyə 4 yeni futbolçu çağırdı

08.06.2021 18:47 Oxundu 503


İspaniya millisinin baş məşqçisi Luis Enrike yığmaya dörd yeni futbolçu çağırıb.

"CEMPİON.AZ" İspaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, milli komandaya üç yarımmüdafiəçi Karlos Soler ("Valensiya"), Brais Mendes ("Selta"), Pablo Fornals ("Vest Hem) və forvard Rodriqo Moreno ("Lids") qatılacaq.
Bu qərar Serxio Busketsdə aşkar edilmiş koronavirusla əlaqələndirilir. Komandada koronavirusa yoluxan futbolçuların artması ehtimalı nəzərə alınaraq 4 futbolçu milliyə dəvət olunub.
Bu oyunçular  ehtiyat üzv kimi komandadan ayrı məşq edəcəklər.
Qeyd edək ki, İspaniya Avro-2020-də İspaniya İsveç, Polşa və Slovakiya ilə eyni qrupda mübarizə aparacaq.