cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Mahir: "Polşa liqası Azərbaycan çempionatından daha yaxşıdır"

08.06.2021 22:14 Oxundu 394

“Legiya”ya gəlməyimin əsas səbəbi klubun daima çempionluq uğrunda mübarizə aparması və Avropa kuboklarında oynamasıdır”.

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Legiya”ya transfer olunan millimizin üzvü Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.
İlk təəssüratlarını bölüşən “Qarabağ”ın sabiq oyunçusu Polşa klubunda inkişaf etmək istədiyini bildirib:
“Burada özümü inkişaf etdirmək istəyirəm. Polşa liqası Azərbaycan çempionatından daha yaxşıdır. Bilirəm ki, burada oynamaqla bacarığımı daha da artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, "Legiya" Mahir Emreli ilə 3 illik müqavilə imzalayıb.