cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

“Legiya”nın idman direktoru: "Mahir qol vurmağa çalışan futbolçudur"

09.06.2021 10:44 Oxundu 475


“Uzun, bir neçə aylıq danışıqlardan sonra Mahirin komandamıza qoşulmasına şadam”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu “Legiya”nın idman direktoru Radoslav Kuçarski yeni transfer Mahir Emrelinin keçidi barədə danışarkən deyib.
Klub rəsmisi bu gün rəsmi müqaviləyə qol çəkən Azərbaycan millisinin forvardının onlara əlavə güc qatacağını bildirib: “Mahir texniki cəhətdən komandamıza uyğun olacaq. Oyunu oxumağı bacaran və qol vurmağa çalışan futbolçudur. Avrokuboklarda hədəfimizə çatmağımıza kömək baxımından onun beynəlxalq təcrübəsinə güvənirəm”.
Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 3 illik saziş imzalayıb.