09.06.2021 11:47
571

"Trabzonspor" heyətinə yeni futbolçu cəlb edib.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, Trabzon təmsilçisi Slovakiya millisinin üzvü Marek Hamşikin transferini həyata keçirib. 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda 17 nömrəli forma geyinəcək.
Qeyd edək ki, M.Hamşikin son klubu İsveç "Höteborq"u olub.