09.06.2021 14:21
530
530

“Legiya”nın yeni transferi Mahir Emrelinin kollektivə qoşulacağı vaxt müəyyənləşib.
"CEMPİON.AZ" Polşa mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı forvard hələ bir müddət fərdi məşqlərlə kifayətlənməli olacaq.
Dünən münasibətləri rəsmiləşdirən Azərbaycan millisinin üzvü bu həftə fərdi çalışacaq. Emreli yalnız gələn həftədən komandaya qoşulacaq və yeni mövsümün hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.