bazar, 22 mart 2026

DÜNYA FUTBOLU

"Vulverhempton"un baş məşqçisi məlum oldu

09.06.2021 14:42 Oxundu 530

İngiltərənin "Vulverhempton" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"CEMPİON.AZ" Premyer Liqa təmsilçisinin rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, komandanı Bruno Laje çalışdıracaq.
Portuqaliyalı mütəxəssis bu vəzifədə həmyerlisi Nunu Eşpritonu əvəzləyib. 45 yaşlı çalışdırcı yaxın günlərdə işinə başlayacaq. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Bruno Lajenin çalışdırdığı son komanda "Benfika" olub.