09.06.2021 15:49
495

“Latsio”nun yeni baş məşqçisinin adı bəlli olub.
"CEMPİON.AZ" xəbər verir ki, Roma klubu rəsmi saytı vasitəsilə bu posta Mauritsio Sarrini gətirdiyini açıqlayıb.
Ötən ilin yayında “Yuventus”dan ayrıldıqdan bəri işsiz olan təcrübəli mütəxəssis paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 2019-cu ildə “Çelsi”nin sükanı arxasında Bakıda Avropa Liqasının kubokunu başı üzərinə qaldıran Sarri bu postda Simone İnzagini əvəzləyib.
Qeyd edək ki, Mauritsio Sarri həmçinin ölkəsində “Napoli” və “Empoli” kimi klubları da çalışdırıb.