cümə axşamı, 11 sentyabr 2025

ŞAHMAT

Şəhriyar qələbə qazandı, Teymurdan heç-heçə

09.06.2021 21:14 Oxundu 540


Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti oyunlarına çıxıblar.

"CEMPİON.AZ" xəbər verir ki, Məmmədyarov 5-ci turda qara fiqurlarla Konstantin Lupuleskuya (Rumıniya) qalib gəlib. Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka ilə heç-heçə edib.
Beş turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.
Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın paytaxtı Buxarestdə keçirilir.