09.06.2021 21:49
489

Türkiyənin “Qalatasaray” klubundan ayrılan Şener Özbayrakın yeni komandası bəlli olub.
"CEMPİON.AZ" xəbər verir ki, 2019-cu “sarı-qırmızılar”ın formasını geyinən futbolçu İstanbulun digər klubuna keçib.
31 yaşlı müdafiəçi karyerasını “Başakşəhər”də davam etdirəcək. Sərbəst agent statusu ilə klubunu dəyişən Şener 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm 14 matçda meydana çıxıb.