cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Sumqayıt" 2 futbolçunun müqaviləsini yenilədi

09.06.2021 20:56 Oxundu 385

Baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayan "Sumqayıt" futbolçularla danışıqlara başlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, Apasport.az saytının əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisində iki oyunçunun aqibəti artıq bəlli olub.
"Kimyaçılar" kapitan Vurğun Hüseynov və yarımmüdafiəçi Elvin Məmmədovla yeni saziş bağlayıb. Anlaşmaya əsasən, hər iki oyunçu gələn ilin yayına qədər müqavilə ilə "Sumqayıt"a məxsus olacaq.
Qeyd edək ki, "Sumqayıt" yeni yaradılan Konfrans Liqasında ölkəmizi təmsil edəcək.