cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Liverpul" 70 milyon qazanmaq istəyir

10.06.2021 10:23 Oxundu 519


İngiltərənin “Liverpul” klubunun yay transfer planları bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, heyətində təmizləmə işləri aparacaq Premyer Liqa təmsilçisi bir sıra futbolçusunu satmaq fikrindədir.
Mersisaydlılar hücumçu Divok Oriqi və yarımmüdafiəçilər Harri Uilsonla Marko Qruiçi satmaq niyyətindədir. Onlarla birlikdə Cerdan Şakirinin də komandadan ayrılması gözləniləndir.
“Sauthempton”da icarədə olan Takumi Minamino də bu kluba transfer olunmağa yaxındır. “Liverpul”un satmaq istədiyi oyunçular siyahısında qapıçı Loris Karius, yarımmüdafiəçi Bencamin Vudbern, hücumçular Oluvaseyi Ojo, Tayvo Avoniyi və Liam Millar da var. Klub rəhbərliyi bütün bu oyunçuların satışından ümumilikdə 70 milyon avro qazanmağı planlaşdırır.