10.06.2021 11:28
539
539

"Yuventus"dan ayrılan Canluici Buffon "Barselona"da oynamaq variantından imtina edib.
"CEMPİON.AZ" "Diario Sport"a istinadən xəbər verir ki, italiyalı qolkiper müntəzəm oynamaq üçün bu addımı atıb. İki seçimdən biri olmaq istəməyən Buffon Kataloniya təmsilçisi ilə danışıqlar aparmamağa qərar verib.
Bildirilib ki, 43 yaşlı qapıçının məqsədi DÇ-2022-yə getmək və 6 dünya çempionatında iştirak edən ilk futbolçu olmaqdır.