cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Zidanın oğlu Fransada oynayacaq

10.06.2021 12:21 Oxundu 541


“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın yeni komandası bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Fransada davam etdirəcək.
Ötən ilin oktyabrında “Almeriya”dan ayrıldıqdan bəri klubsuz qalan orta sahə oyunçusu Fransanın II liqa təmsilçisi “Rodeze” ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Real” akademiyasının yetirməsi olan Enzo Zidan “kral klubu”nun C və B komandalarında çıxış edib.