cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Erməni şərhçi Bakıya buraxılmyacaq

10.06.2021 13:14 Oxundu 451


Rusiyanın "Matç TV" telekanalının erməni şərhçisi Nobel Arustamyanın Avro-2020-nin oyunları üçün Bakıdakı qarşılaşmalar qadağan olması şərti ilə akkreditasiya alıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb. Bildirilib ki, Azərbaycanın qanunlarını dəfələrlə pozan, işğal altında olan və indi azad edilmiş ərazilərə Azərbaycanın icazəsi olmadan səfər edən Arustamyanın akkreditasiyasını əngəllənməsinə məhz Azərbaycan səy göstəib. Bakı Təşkilat Komitəsinin məqsədi rus televiziya şərhçisini Avro-2020-nin keçiriləcəyi digər 10 şəhərdə işləmək imkanından məhrum etmək olmayıb.  Bakı Təşkilat Komitəsi onun Bakıda oynanılacaq görüşlər üçün akkreditasiya olunmasını istəməyib.
Qeyd edək ki, UEFA əvvəl Arustamyana akkreditasiya verməmişdi. Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün "Teleqram" kanalında şərhçinin akkreditasiya aldığını açıqlayıb.