cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Ukrayna millisinin forması etirazla qarşılandı

10.06.2021 14:18 Oxundu 635


Rusiya Futbol Federasiyası Ukrayna millisinin “Avro-2020”də geyinəcəyi forma ilə əlaqədar UEFA-ya müraciət edib.

"CEMPİON.AZ" xəbər verir ki, müraciətdə forma üzərindəki “Slava Ukraine” və “Qeroyam Slava” sözlərinə (təxmini tərcümə: “Ukraynaya eşq olsun”, “Qəhrəmanlara eşq olsun”) etiraz bildirilib. Rusiyanın rəsmi qurumları və ictimai təşkilatlarını hiddətləndirən bu olub ki, formada Rusiyanın ilhaq etdiyi Krımın Ukraynanın tərkibində olduğunu göstərən xəritə də əks olunub.
UEFA-dan Rusiya mətbuatına bildirilib ki, forma üzərindəki xəritə təşkilatın qaydalarını pozmur. Çünki Birləşmiş Millətlər Təşkilatı Ukraynanın sərhədlərini tanıyır. Ona görə həm xəritə, həm də “Slava Ukraine” sözləri formada qala bilər. UEFA hesab edir ki, bu, siyası məna kəsb etmir.
“Qeroyam Slava” sözlərini isə qitənin ali futbol qurumu siyasi hesab edir. Buna görə də UEFA Ukrayna Futbol Federasiyasından həmin sözlərin formadan silinməsini tələb edib.
Ukrayna Futbol Federasiyası UEFA-nın belə bir tələb irəli sürdüyünü təsdiqləyib.