şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Seltiki" çalışdıracaq

10.06.2021 16:15 Oxundu 473


"Seltik"in yeni baş məşqçisi müəyyənləşib.

"CEMPİON.AZ" Şotlandiya klubunun saytına istinadən xəbər verir ki, Neil Lennonun istefasından sonra boş qalmış bu vəzifəyə Anqe Postekoqlu təyin olunub. 55 yaşlı yunan mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Seltik" ardıcıl 9 dəfə ölkə çempionu olduqdan sonra ötən mövsüm liqanı 2-ci pillədə tamamlayıb. "Reyncers" liqanın qalibi adına yiyələnib.