cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Qrizmann: "Çox tənqidə məruz qaldım”

10.06.2021 18:42 Oxundu 370


“Barselona”nın futbolçusu Antuan Qrizmann Kataloniya klubu ilə Fransa millisini müqayisə edib.

"CEMPİON.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu yığmada özünü daha sərbəst hiss etdiyini deyib:
“İstər bir oyun, istərsə də mövqe cəhətdən, Fransa millisində özümü “Barselona”dakından daha azad hiss edirəm. Mövqe məsələsinə gəlincə, komandanın ehtiyaclarına uyğun hərəkət edirəm. Gah yarımmüdafiəçi, gah da hücumçu kimi oynayıram. Mən Fransada hörmət qazanmışam. Futbolu başa düşənlər bilirlər ki, hara getsəm də, yaxşı nəticə göstərirəm. Milli komandada özümü “Atletiko”da olduğu kimi daha sərbəst hiss edirəm. İlk oyunlarıma görə “Barselona”da çətinlik yaşadım və bəzən çox tənqidə məruz qaldım”. 
Qeyd edək ki, Qrizmann “Barselona”ya 2019-cu ildə “Atletiko”dan keçib. O, 2019-cü ildən Fransanın əsas millisinin üzvüdür.