11.06.2021 11:20
536

Bugün Elmar Qasımov Budapeştdə keçirilən dünya çempionatında tatamiyə çıxacaq.
"CEMPİON.AZ" xəbər verir ki, kişilərin yarışında 100 kq çəki dərəcəsində cüdoçumuz mübarizyə başlayır.
O, 1/16 finalda Mert Şişmanlar (Türkiyə) - İliya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.