12.06.2021 12:22
475


"Türkiyə güclü bir komandadır və yüksək səviyyəli yığmalara problem yaratmağı bacarıblar".
"CEMPİON.AZ" xəbər verir ki, İtaliya millisinin hücumçusu Çiro İmmobile deyib.
"Azarkeşlərimizin sevincini görmək möhtəşəm idi. Uzun müddətdən sonra bir araya gəldik. Bu axşam səbrli davrandıq. Türkiyə güclü bir komandadır və yüksək səviyyəli yığmalara problem yaratmağı bacarıblar. İlk hissədə onları yormağa səy göstərdik. Top sağa və sola hərəkət etdirərək rəqibin müdafiəsini yarmağa çalışdıq. Təəsüf ki, hava mübarizəsində yaxşı oynamadığımıza görə ilk hissədə qol vura bilmədik. Türkiyə fasilədən sonra ikinci hissədə daha çox yoruldu. Qol buraxandan sonra isə müdafiələrində boşluqlar artdı. Elə həmin andan oyun səviyyəmizi üzə çıxdı. Rəqibi çox yorduq. Qalib gəldiyimiz üçün xoşbəxtik".