çərşənbə, 10 sentyabr 2025

BİZİM FUTBOL

Kvabena Ovusu "Qarabağ"dan ayrılıb?

12.06.2021 14:45 Oxundu 647


"Qarabağ" daha bir hücumçu ilə vidalaşıb.

"CEMPİON.AZ" Sportinfo.az-a istinadən xəbər verir ki,  Ağdam klubu Kvabena Ovusu ilə vidalaşıb.
Müqavilə müddəti 2023-cü ilin yayına qədər olan nigeriyalı forvardla anlaşmaya birtərəfli qaydada xitam verilməyib. Afrikalıya görə təklif gəlib və “Qarabağ“ da bunu müsbət dəyərləndirib.
Kvabenanın karyerasının böyük hissəsi məhz İspaniya ilə bağlıdır. Bu ölkədə “Toledo”, “Leqanes”, “Ovyedo”, “Kartagena”, “Salamanka” və “Kordoba”nın formasını geyinib. O, “Qarabağ”a ötən ilin yanvarında “Leqanes”dən keçib.
Kvabena sonuncu mövsüm Premyer Liqada 7 qola imza atıb.