çərşənbə, 10 sentyabr 2025

DÜNYA FUTBOLU

Ançelotti  "Çelsi"nin hücumçusunu istəyir

12.06.2021 18:22 Oxundu 509


“Real”ın yeni baş məşqçisi Karlo Ançelotti komandanın gücləndirilməsini istəyir.

"CEMPİON.AZ" xəbər verir ki, təcrübəli mütəxəssis, xüsusən də, hücum xəttində rəqabətin artırılmasının tərəfdarıdır.
Ançelotti bu mövqe üçün ilk transfer hədəfini də müəyyənləşdirib. O, rəhbərlikdən “Çelsi”nin forvardı Timo Vernerin alınmasını istəyib. London klubunda xoşbəxt olmayan Almaniya millisinin üzvü də bu keçidə qarşı deyil.
Qeyd edək ki, Timo Verner “Çelsi”yə ötən ilin yayında “Leypsiq”dən keçib.