cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Bakıdakı oyunda qalib müəyyənləşmədi

12.06.2021 19:04 Oxundu 397

Bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, paytaxt Bakı A qrupunun Uels - İsveçrə matçına ev sahibliyi edib. Bakı Olimpiya Stadionda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turnirin daha 3 qarşılaşması - Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunu (3 iyul,. 20:00) Bakıda keçiriləcək.

A qrupu

17:00. Uels - İsveçrə - 1:1
Qollar:
 Brel Embolo, 49 (0:1), Kiffer Mur, 74 (1:1)
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Bakı Olimpiya Stadionu
 

1

İtaliya

1

1

0

0

3-0

3

2

İsveçrə

1

0

1

0

1-1

1

3

Uels

1

0

1

0

1-1

1

4

Türkiyə

1

0

0

1

0-3

0