13.06.2021 11:11
526


Avro-2020-nin ilk oyununda Rusiyaya 3 cavabsız qolla qalib gələn Belçika millisi ciddi itki ilə üzləşib.
"CEMPİON.AZ" xəbər verir ki, komandanın müdafiəçisi Timoti Kastan zədələnib. Rəqib futbolçu Daler Kuzyayevlə toqquşaraq ağır zədə alan 25 yaşlı müdafiəçi 27-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Belçika yığmasının baş məşqçisi Roberto Martines Kastan üçün Avro-2020-nin erkən başa çatdığını bildirib. Futbolçunun
ayağında qırıq aşkarlanıb.
Qeyd edək ki, Timoti Kastan İngiltərənin "Lester" klubunda çıxış edir.