15.06.2021 16:11
588
588

"Neftçi" Azərbaycan çempionudur və ölkəsində "Dinamo"nun Gürcüstanda olduğu kimi futbol markasıdır".
"CEMPİON.AZ" xəbər verir ki, buz sözləri "Dinamo"nun (Tibilisi) baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
"Neftçi" Azərbaycan çempionudur və ölkəsində "Dinamo"nun Gürcüstanda olduğu kimi futbol markasıdır. Bu komanda ciddi rəqibdir və əlbəttə ki, onu qiymətləndiririk. Belə bir vəziyyətdə şanslar haqqında danışmaq qəbuledilməzdir. Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Planlarımız var, mümkün qədər çox çalışıb, mümkün qədər yaxşı nəticə əldə etməliyik".