çərşənbə, 31 dekabr 2025

BİZİM FUTBOL

Yakub Jezniçak və Mahir Emreli birlikdə

16.06.2021 12:31 Oxundu 633


“Qarabağ”da birgə oynayan Yakub Jezniçak və Mahir Emreli  görüşüb.

"CEMPİON.AZ" xəbər verir ki, polşalı müdafiəçi Mahirlə şəklini İnstaqram hesabında paylaşaraq yazıb:
“Klublar dəyişir, dostlar qalır. Mahir Emreli uğur qazanmaq üçün hər şeyə sahibdir”.
Qeyd edək ki, Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Müdafiəçi hazırda Polşanın “Visla” (Plotsk) çıxış edir. “Qarabağ”la müqaviləsinin müddəti bitən millimizin üzvü Mahir Emreli isə azad agent kimi Polşanın “Legiya” klubuna keçib.