çərşənbə, 31 dekabr 2025

DÜNYA FUTBOLU

Belçika geri dönüş edərək 8/1 finala yüksəldi, Ukraynadan qələbə - YENİLƏNİR

18.06.2021 01:18 Oxundu 968


Avro-2020-nin qrup mərhələsi davam edir.

"CEMPİON.AZ" xəbər verir ki, 7-ci oyun günündə 3 matç keçirilib.
Əvvəlcə C qrupunda Ukrayna Şimali Makedoniya ilə qarşılaşıb. Görüş Ukrayna millisinin qələbəsi ilə başa çatıb - 2:1. Bu, Andrey Şevçenkonun komandasının turnirdə ilk qələbəsi olub. 
B qrupunda Danimarka Belçika ilə üz-üzə gəlib. Hesabı Danimarka açsa da, Belçika yığması əzmkar qələbə qazanıb - 2:1. Bununla da komanda 1/8 finala vəsiqəni təmin edən 2-ci iştirakçı olub. Bundan əvvəl A qrupunda İtaliya yığması isə 1/8 finala yüksəlmişdi.  
Günün sonuncu matçında isə C qrupunda Niderland Avstriya ilə oynayıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 6-ya yüksəldən Niderland pley-offa vəsiqəni təmin edib. 
2-ci tur
C qrupu
23:00. Niderland - Avstriya - 2:0
Qollar:
 Depay, 11, Dyumfris, 67
Baş hakim: Orel Qrinfeld (İsrail)

17:00.Ukrayna - Şimali Makedoniya - 2:1 
Qollar: Yarmolenko, 29 (1:0), Yaremçuk, 34 (2:0), Alioski, 57 (2:1)
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena"

1 Niderland 2 2 0 0 5 2 6
2 Ukrayna 2 1 0 1 4 4 3
3 Avstriya 2 1 0 1 3 3 3
4 Şimali Makedoniya 2 0 0 2 2 5 0

B qrupu
20:00. Danimarka - Belçika - 1:2 
Qollar:
 Yussuf Poulsen, 2 (1:0), Torqan Hazard, 55 (1:1), De Brüyne, 71 (1:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
Kopenhagen, "Parken" stadionu
 
1 Belçika 2 2 0 0 5 1 6
2 Rusiya 2 1 0 1 1 3 3
3 Finlandiya 2 1 0 1 1 1 3
4 Danimarka 2 0 0 2 1 3 0