çərşənbə, 31 dekabr 2025

BİZİM FUTBOL

Mahir "Legiya"da ilk matçında 3 qol vurdu

17.06.2021 21:37 Oxundu 652

Yay transferi pəncərəsində "Qarabağ"dan Polşanın "Legiya" klubuna keçən Mahir Emreli yeni komandasında ilk oyununa çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, Mahir Varşava təmsilçisinin heyətində Avstriyanın 3-cü liqa komandası "Bisşofşofen" ilə keçirilən yoxlama matçında meydana çıxıb. 
O, yeni komandasında debütü uğurlu alınıb. Millimizin üzvü hazırda ilk hissəsi keçirilən görüşdə 3 qol vurub. O, 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Legiya" Mahir Emrelinin vurduğu qollarla 3:0 hesabı ilə öndədir.

20:50. "Bisşofşofen" (Avstriya) - "Legiya" (Polşa) - 0:3 (Birinci hissə)
Qollar:
 Mahir Emreli, 6, 22, 36