çərşənbə, 31 dekabr 2025

DÜNYA FUTBOLU

Səfir Azərbaycana təşəkkür etdi

18.06.2021 14:20 Oxundu 611


AVRO-2020-də qrup oyunları çərçivəsində Bakıda iki matç keçirən Uels millisi Romaya yollanıb.
"CEMPİON.AZ" xəbər verir ki, Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp bu barədə tvitterdə yazıb. 
Səfir bildirib ki, Robert Peycin baş məşqçi olduğu Uels yığması qrup mərhələsində qarşılaşacağı İtaliyaya ilə oyun üçün Romaya gedib. Ceyms Şarp AVRO-2020-də Uelsə göstərdiyi gözəl qonaqpərvərliyə görə, Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, Uels seçməsi Bakı Olimpiya Stadionundakı ilk matçında İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşdə Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlib.