çərşənbə, 10 sentyabr 2025

DÜNYA FUTBOLU

Tomas Müller Macarıstana qarşı oynamayacaq

21.06.2021 16:46 Oxundu 496

Almaniya millisi ciddi itki ilə üzləşib.

"CEMPİON.AZ" "Bild"ə istinadən xəbər verir ki, komandanın liderlərindən olan Tomas Müller zədələnib.
DÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Portuqaliya ilə görüşdə diz bağlarından xəsarət alan hücumçu bugünkü məşqdə iştirak etməyib. Onun iyunun 23-də Macarıstanla keçiriləcək qrupun sonuncu görüşündə iştirak etməyəcəyi bildirilib. 31 yaşlı hücumçu komandası 1/8 finala çıxacağı halda bu mərhələninin oyununu da buraxa bilər.