çərşənbə, 10 sentyabr 2025

DÜNYA FUTBOLU

Ukrayna məğlub oldu, Danimarka növbəti mərhələdə - YENİLƏNİR

22.06.2021 01:16 Oxundu 595

Avro-2020-nin qrup mərhələsi davam edir.

"CEMPİON.AZ" xəbər verir ki, 11-ci oyun günündə 4 qarşılaşma keçirilib.
C qrupunda 1/8 finala vəsiqəni təmin edən Niderland Şimali Makedoniya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gələrək qrupu 1-ci pillədə tamamlayıb. 
Niderland "pley-off"da D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Bu qrupun digər görüşündə isə  Avstriya Ukraynanı 1:0 hesabı ilə məğlub edərək qrup 2-cisi kimi 1/8 finala yüksəlib. Komanda bu mərhələdə A qrupunun 1-cisi İtaliya ilə üz-üzə gələcək.
B qrupunda Rusiya Danimarka ilə, Finlandiya Belçika ilə qarşılaşıb. Bu qrupda ötən tur Belçika 1/8 finala vəsiqə qazanmışdısa, digər 3 komanda bu yer uğrunda mübarizəni davam etdirirdi. Danimarka Rusiyaya 4:1, Belçika isə Finlandiyaya 2:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra sözügedən hər 3 komandanın 3 xalı olub. Top fərqindəki üstünlüyə görə Danimarka qrupdan çıxıb. Rusiya turnirlə vidalaşmalı olub. Finlandiyanın isə ən yaxşı 3-cü yerin sahibi kimi 1/8 finala çıxmaq şansı qalır.
 21 iyun

B qrupu
23:00. Rusiya - Danimarka - 1:4
Qollar:
 Damsqaard, 38 (0:1), Poulsen, 59 (0:2), Dzyuba, 69-pen. (1:2), Kristensen, 79 (1:3), Mahle, 82 (1:4)
Baş hakim: Klemen Turpin (Fransa)
Kopenhagen. “Parken” stadionu
 
23:00. Finlandiya - Belçika - 0:2
Qol: 
Hradeki, 74-avtoqol (0:1), Lukaku, 81 (0:2)
Baş hakim: Feliks Brix (Almaniya)
“Sankt-Peterburq” stadionu
 
1 Belçika 3 3 0 0 7 1 9
2 Danimarka 3 1 0 2 5 4 3
3 Finlandiya 3 1 0 2 1 3 3
4 Rusiya 3 1 0 2 2 7 3


C qrupu
20:00. Ukrayna - Avstriya - 0:1
Qol:
 Baumqartner, 21
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Buxarest. “Nasional” stadionu
20:00. Şimali Makedoniya - Niderland - 0:3
Qollar: 
Memfis Depay, 24, Veynaldum, 51, 58
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Amsterdam. “Yohan Kroyf Arena”
 
1 Niderland 3 3 0 0 8 2 9
2 Avstriya 3 2 0 1 4 3 6
3 Ukrayna 3 1 0 2 4 5 3
4 Şimali Makedoniya 3 0 0 3 2 8 0