22.06.2021 13:44
519


“Qəbələ” klubu müdafiəçi Vinko Medimoreçlə yollarını ayırıb.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən ilin sentyabrından komandaya qoşulan xorvatiyalı müdafiəçi 2020-2021-ci illər mövsümündə 26 oyunda 1 qol vurub. O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb.