cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Arsenal" müdafiəçisinin müqaviləsini yenilədi

26.06.2021 13:26 Oxundu 514

Premyer Liqa klubu "Arsenal" 24 yaşlı müdafiəçisinin müqaviləsini yeniləyib.

"CEMPİON.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun Kieran Tierney ilə uzun müddətli müqavilə imzaladığı deyilir. Futbolçu 2019-cu ildə 27 milyon avro qarşılığında "Seltik"dən "Arsenal"a transfer olunub. Şotlandiyalı müdafiəçi "topçular"ın heyətində 62 matçda meydana çıxıb və 3 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Kieran Tierney 23 oyunda Şotlandiya millisinin formasını geyinib.