07.07.2021 22:11
541


Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Legiya"nın heyətində ilk rəsmi matçına çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, Mahir Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Norveç təmsilçisi "Bude-Qlimt"ə qarşı oyunda meydana çıxıb. Milli futbolçumuz iki dəfə rəqib qapısına yol tapıb. Varşava təmsilçisinin 3:2 hesabı ilə qələbə qazandığı qarşılaşmada Mahir 41 və 61-ci dəqiqələrdə rəqibi məyus edib.
Xatırladaq ki, Mahir Emreli "Legiya"a forması ilə çıxdığl yoldaşlıq matçlarında 6 qol vurub.