bazar ertəsi, 08 sentyabr 2025

BİZİM FUTBOL

Çeslav Mihneviç: "Mahirə daha çox məsləhət verəcəyik"

08.07.2021 12:23 Oxundu 599


“Həmişə istəyirəm ki, hücumçu müdafiədə də kömək etsin. Mahir Emreli isə öz işini gördü”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mihneviç deyib.
O bildirib ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin “Bodo Qlimt”lə Norveçdəki oyununda (3:2) dubla imza atan Mahir Emrelinin qollarını sevinclə qarşılasa da, hücumçudan tam razı qalmayıb: “Biz onunla söhbət edəcəyik və daha çox məsləhət verəcəyik. O, 2 qol vurub. Amma etməli olduğu işi edib. Yeni klubunda debütdə 2 qol vurursansa, dərhal özünəinam artır. Heç kim sənin qolsuz dəqiqələrini saymır”.