08.07.2021 14:20
494

Madrid "Real"ı Yarımmüdafiəçi İskonun klubdan ayrılmasına razılıq verib.
"CEMPİON.AZ" xəbər verir ki, Paytaxt təmsilçisi futbolçunu satmaq üçün 20 milyon avro qiymət qoyub.
İskonun xidmətində İtaliya “Milan”ı maraqlıdır. A seriyası təmsilçisinə keçidin baş tutması üçün futbolçu daha az maaşa razılaşmalıdır. Çünki Milanın eyniadlı təmsilçisi onun Madriddə qazandığı illik 8 milyon avronu ödəmək fikrində deyil.