bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

Serxio Ramos: "PSJ artıq özünü ən yüksək səviyyədə qurub"

08.07.2021 19:49 Oxundu 517


Uzun illər "Real Madrid"in formasını geyinən Serxio Ramos PSJ-yə keçidi barədə danışıb.
"CEMPİON.AZ" Paris təmsilçisinin saytına istinadən xəbər verir ki, ispan müdafiəçi PSJ-yə qoşulmaqdan məmnunluğunu ifadə edib:  "Bu, həyatımda böyük dəyişiklik, yeni çağırışdır. Bu günü heç vaxt unutmayacağam.
Çox iddialı layihənin iştirakçısı olmağımdan, böyük oyunçularla bir komandaya qoşulmağımdan qürur duyuram. PSJ artıq özünü ən yüksək səviyyədə qurub və möhkəm bazaya malikdir.
Klubla böyüməyə davam etmək və komandanın titul qazanmasına kömək etmək istəyirəm".
Qeyd edək ki, Ramos PSJ ilə 2 illik müqavilə imzalayıb.