
Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
"CEMPİON.AZ" xəbər verir ki, Konfrans Liqasında baş tutan qarşılaşmalar siyahıda bəzi dəyişikliklərə səbəb olub.
Cədvəlin ilk yarısında yalnız bir yerdəyişmə yaşanıb. 16-cı yerə yüksələn Xorvatiya Türkiyəni arxada qoyub. Digər dəyişikliklər aşağı sıralarda olub.
Bu turnirdəki komandaları ilk mərhələdən azad olan Azərbaycan 12,875 xalla 28-ci sırada qalıb. Lakin ən yaxın izləyicimiz Sloveniya fərqi azaldıb. Cari mövsümdə təmsilçiləri 3 qələbə qazanan balkanlılar 12,750 xala malikdir.
Bu, Azərbaycan üçün real təhlükədir. Cavab görüşlərindəki bir heç-heçə Sloveniyanı ölkəmizə çatmaq, əlavə göstəricilərdə qabaqlamaq imkanı verəcək.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 87,926.