09.07.2021 12:39
546

İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Olivye Jiru "Milan"a keçməyə yaxındır.
"CEMPİON.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, A seriyası təmsilçisi 34 yaşlı hücumçunun keçidi üçün londonlulara cəmi 1 milyon avro ödəyəcək.
Bu rəqəm bonuslar hesabına ikiqat arta da bilər. Bu, Jirunun “Milan”dakı çıxışından asılı olacaq.
Fransalının özü də artıq “Milan”la 2 illik müqavilə barədə razılığa gəlib. O, ildə 3,5 milyon qazanacaq.