bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

İtaliyalı futbol azarkeşləri İngiltərəyə buraxılmayacaq

09.07.2021 14:28 Oxundu 508

İngiltəryə futbola baxamq üçün gələmək istəyən italiyalı azarkeşlər ölkəyə buraxılmaya bilər. 

"CEMPİON.AZ" xəbər verir ki, Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps italyan fanatların koronavirusla bağlı Londona səfər etməmələrini istəyib. O bildirib ki, italiyalı fanatların sırf futbolla əlaqədar səyahət etdiklərini öyrənsələr, onların ölkəyə buraxılmasına icazə verilməyəcək. Şapps futbolla əlaqədar bir çox təyyarə resylərinin ləğv olunduğunu da bildirib.
Qeyd edək ki, İngiltərə hökuməti İtaliyadan gələnlər üçün 10 günlük karantin qaydası tətbiq edir.
Xatırladaq ki, İtaliya - İngiltərə final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.