bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

Türk futbolçu "Barselona"da

09.07.2021 15:36 Oxundu 532


“Barselona” “Rapid”in (Vyana) türk əsilli avstriyalı futbolçusu Yusuf Demiri bir illik icarəyə götürüb.

"CEMPİON.AZ" Qol.az-a istinadən xəbər verir ki, bu haqda Kataloniya klubunun saytı məlumat yayıb. Açıqlamada “Barselona”nın futbolçunu sonradan 10 milyon avro təzminat müqabilində birdəfəlik satınalma hüququna malik olduğu da bildirilib.
18 yaşlı Yusuf Demir yeni mövsümdən “Barselona”nın B komandasında oynayacaq.
Hücumameylli yarımmüdafiəçi olan Yusuf Demir yetirməsi olduğu “Rapid”də ötən mövsüm 38 rəsmi matçda meydana çıxıb, 9 qol vurub və 4 qolun ötürməsini edib. Türkiyə deyil, Avstriya yığmasında oynamağı seçən Y.Demir millyə 1 dəfə çağırılıb.