bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

Mourinyo bu futbolçuları istəmir

09.07.2021 16:19 Oxundu 507


“Roma”nın baş məşqçisi Joze Mourinyo yeni mövsüm sərəncamında görmək istəmədiyi futbolçuları müəyyənləşdirib.

"CEMPİON.AZ" xəbər verir ki, portuqaliyalı mütəxəssis 5 futbolçunun yola salınmasını istəyib.
Çalışdırıcı konkret olaraq müdafiəçi Federiko Fazio, yarımmüdafiəçilər Xavyer Pastore, Pedro, Stiven Nzonzi və hücumçu Custin Klyuverti yeni mövsümün təlim-məşq toplanışına cəlb etməyib. Məşqə buraxılmayan adıçəkilən oyunçulara özlərinə klub tapmaq tapşırılıb.
Qeyd edək ki, “Roma” ötən mövsüm A seriyasında 62 xalla 7-ci yeri tutub.