10.07.2021 12:27
471


Niderland millisinin və “Mançester Yunayted”in sabiq baş məşqçisi Lui van Qal maraqlı açıqlama ilə diqqət çəkib.
"CEMPİON.AZ" xəbər verir ki, təcrübəli mütəxəssis PSJ-nin hücumçuları Kilian Mbappe və Neymarı tənqid edib.
Onun fikrincə, adıçəkilən ulduz futbolçular komanda oyunu sərgiləmirlər: “Fiziki və texniki cəhətdən Mbappe fantastik futbolçudur. Ancaq taktiki baxımdan hələ ən yüksək səviyyədə deyil. Ötürmə verə biləcəyin epizodda driblinqə üstünlük verib tez-tez topu itirmək komanda oyunudur? Və ya statusunuzun öhdəsindən gəlməyi, ətrafınızdakılara rəhbərlik etməyi bacarmalısınız. Təvazökar olmalısan. Komanda yoldaşlarınıza pis təsir etməməlisiniz? Sizcə, Neymar komanda oyunu oynayır? Bir sözlə, Neymar və Mbappenin komanda oyunçusu olmadığını düşünürəm”.
Qeyd edək ki, 69 yaşlı van Qalın yenidən Niderland millisini çalışdırma variantı yaranıb.