bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

Dieqo Kosta "Beşiktaş"a keçməyə yaxındır

10.07.2021 12:49 Oxundu 472

“Atletiko”nun sabiq hücumçusu Dieqo Kosta Türkiyəyə köçməyə razılıq verib.

"CEMPİON.AZ" xəbər verir ki, Super Liqa çempionu “Beşiktaş” ulduz futbolçu ilə, nəhayət ki, ortaq məxrəcə gələ bilib.
Madrid klubundan ayrıldıqdan bəri 6 aydır klubsuz qalan braziliyalı forvard “ağ-qaralar”la maliyyə məsələsində anlaşıb. Tərəflər arasında ilkin razılığa əsasən, transfer vərəqəsi əlində olan Kosta 2,5 milyon avro imza pulu alacaq. 33 yaşlı oyunçunun illik maaşı isə 3 milyon avro olacaq.
Qeyd edək ki, Dieqo Kosta Braziliya millisində 2, İspaniya yığmasında isə 24 oyun keçirib. O, ikincilərin formasında 10 qola imza atıb.