13.07.2021 13:44
609
609

"Real" "Barselona"nın gənclər komandasının sabiq kapitanı Jayme Jardini transfer edib.
"CEMPİON.AZ" "Marca"ya istinadən xəbər verir ki, 19 yaşlı hücumçu Madrid təmsilçisinə azad agent kimi keçib. O, yeni mövsümə "Real"ın gənclər komandası olan "Kastilya" ilə hazırlaşacaq.
Qeyd edək ki, J.Jardi ötən mövsüm "Barselona"nın U-19 komandasının kapitanı olub. İspan oyunçu klubla iyunda başa çatan müqavilənin müddətini yeniləməyib.