20.07.2021 14:40
555
555

"Tottenhem" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. London təmsilçisi "Atalanta"nın qolkiperi Perluici Qollinini icarəyə götürmək üçün razılaşıb. Tərəflərin yaxında 1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Qollini "Atalanta"ya 2018-ci ildə "Aston Villa"dan keçib. O, Madrid təmsilçisində 112 oyuna çıxıb.