bazar ertəsi, 01 sentyabr 2025

DÜNYA FUTBOLU

"Liverpul"un hücumçusu Bundesliqa klubunda

21.07.2021 15:42 Oxundu 496


İngiltərənin “Liverpul” klubu daha bir futbolçusu satıb.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Mersisaydlıların hücumçusu Tayvo Avoniyi karyerasını Almaniyada davam etdirəcək. O, “Union” klubuna keçib.
Berlin təmsilçisi 23 yaşlı nigeriyalı üçün 7,5 milyon avro ödəyib. Avoniyi ötən mövsümü icarə əsasında bu klubda keçirib.
Qeyd edək ki, futbolçu əvvəllər “Mayns”, “Neymegen”, “Muskron” və “Gent”də də icarədə olub.