cümə axşamı, 25 aprel 2024

BOKS

Tokio-2020: Tayfur Əliyev mübarizəni dayandırdı

24.07.2021 14:09 Oxundu 731


Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib.

"CEMPİON.AZ" xəbər verir ki milli komandamızın üç boksçusu mübarizəyə qoşulur. Bunlar Tayfur Əliyev (57 kq),  Lorenzo Sotomayor (69 kq) və Məhəmməd Abdullayevdir (+91 kq).
İlk olaraq 1/16 finalda Tayfur Əliyev Vyetnam idmançısı Nquyen Van Duonqla qarşılaşıb və hakimlərin qərarı ilə ümumi nəticədə 2:3 hesabı ilə məğlub olaraq Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Qeyd edək ki, bugünkü digər qarşılaşmalarda Lorenzo Sotomayor Əsgərxan Madiyev (Gürcüstan), Məhəmməd Abdullayev isə Denis Latıpovla (Bəhreyn) görüşəcək.
Əlavə edək ki, milli komandamızı Tokio-2020-də 5 boksçu təmsil edir.